Haqqımızda Reklam
17 
Okt
2020
23:18
19
94
2528

Son Dəqiqə! Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib. Qeyd edək ki, XİN mətbuat katibi Leyla Abdullayeva CNN Türk kanalına müsahibəsində deyib ki, bu müvəqqəti atəşkəsdir. O deyib ki, humanitar atəşkəs yalnız ölənlər və əsirlər üçün nəzərdə tutulub, Azərbaycan ordusu öz torpaqlarını azad etməkdə davam edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989