Haqqımızda Reklam
17 
Okt
2020
18:28
10
26
757

"Qirçi" liderindən gözlənilməz açıqlama: "Barlarda bir neçə seçki bürosu açmışıq"

"Qirçi partiyasının bir neçə seçki bürosu barlarda yaradılıb. Biz bu barədə dəstəkçilərimizlə birlikdə içərək, müxtəlif problemlərdən danışırıq. Buna görə də bizi cərimələməklə təhdid edirlər". 24News.ge xəbər verir ki, bu sözləri "Qirçi" partiyasının lideri Zurab Caparidze deyib. "Bildiyiniz kimi, son bir neçə həftədir ki, Tbilisi, Batumi və Rustavidə bizim bir neçə seçki qərərgahımız mövcuddur. Bu qərərgahların bir qismi barlarda yerləşir. Bildiyiniz kimi, barların fəaliyyətləri qadağan edilib. Biz barları və onların sahiblərini qarşılıqlı əməkdaşlıq üçün istifadə edirik. Onlar üçün bizim əməkdaşlarımızın ora getməsi, müxtəlif içkilər içmələri sərfəlidir. Bizim üçün isə seçki qərərgahlarımızın olması önəmlidir. Dünən axşam, Səhiyyə Nazirliyinin əməkdaşları barlara gedərək, onları cərimələməkdə ittiham ediblər. Bu bizim seçki kompaniyamıza mane olmaqdır. Bütün dövlət strukturları İvanişvilinin əlində siyasi təqib vasitəsinə çevirilib" -deyə Zurab Caparidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989