Haqqımızda Reklam
17 
Okt
2020
17:30
84
4
1044

Nazir müavinindən açıqlama: “Gürcüstan öz ərazisi ilə hərbi yüklərin daşınmasına yol verməyəcək”

“Gürcüstan hərbi yüklərin tranziti üçün öz ərazilərindən istifadəyə birmənalı olaraq yol verməyəcək”. 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya deyib. Onun sözlərinə görə, Gürcüstanın hazırkı eksalasiyada tərəf və ya aktor kimi tanınmaması çox vacibdir: “Buna görə də hər hansı bir sual yarananda biz dərhal qonşularımızın narahatlığına cavab veririk. Bir daha təkrar edirik ki, Gürcüstan münaqişənin tam deeskalasiyasına qədər hərbi təyinatlı yüklərin daşınması üçün hava məkanını bağlayıb”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989