Haqqımızda Reklam
15 
Okt
2020
14:28
38
17
2747

Gürcüstandan Avropaya uçuşların bərpa olunacağı tarix açıqlandı

Tbilisidən və Kutaisidən Avropaya birbaşa uçuşlar noyabr ayından etibarən mərhələli şəkildə bərpa ediləcək. 24News.ge xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə açıqlama verib. Onun sözlərinə görə, oktyabr ayının sonundan etibarən mövcud istiqamətlərə uçuşların əlavə edilməsi də planlaşdırılır: "Uçuşları bərpa etməyə qərar verdikdən sonra ilk addım oktyabr ayının sonundan etibarən uçuşların əlavə edilməsi olacaq. Bu Paris və Münhen istiqamətində olacaq. İlk addım bu istiqamətlərə əlavə uçuşların yaradılması olacaq ki, bu da vətəndaşlarımızın Avropaya getmək imkan verməklə yanaşı, iqtisadiyyata daha çox nəfəs verəcək və eyni zamanda seçkilər zamanı müşahidəçilərin ölkəyə gətirilməsini asanlaşdıracaq. Noyabr ayında həm Tbilisidən, həm də Kutaisidən Avropaya birbaşa uçuşlar mərhələli şəkildə açılacaq. Bunu vətəndaşların daha çox və asanlıqla iş tapması üçün edirik”, - deyə Qaxaria bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989