Haqqımızda Reklam
17 
May
2019
15:52
2
6
334

Ölkədə işsizliyin səviyyəsi son 15 ildə ən aşağı həddə düşüb

Ölkədə işsizliyin səviyyəsi son 15 ildə ən aşağı həddə düşüb. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika Ofisinin hesabatında qeyd olunub. Bildirilir ki, 2018-ci ildə Gürcüstanda işsizlik 1.2 faiz azalaraq 12.7 faiz olub. Bu isə son 15 ildə ən aşağı göstəricidir. Hesabata əsasən ötən il əmək qabiliyyətli əhalinin 63.9 faizi əmək fəaliyyəti ilə məşğul olub. Şəhərlərdə iş yerlərinin sayı 1.2 faiz, bölgələrdə isə 3.4 faiz artıb. Ümumilikdə əmək qabiliyyəti olan qadınların 55.6 faizi, kişilərin isə 73.6 faizi işlə təmin olunub. Mənbə: ONA

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989