Haqqımızda Reklam
16 
May
2019
15:18
3
0
374

Baş nazir: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük imkanlar yaradacaq”

“Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) layihəsi dünya iqtisadiyyatında böyük imkanlar yaradacaq”. 24News.ge xəbər verir ki, bu barədə Baş naziri Mamuka Baxtadze Nur-Sultan şəhərində keçirilən iqtisadi forumda çıxışında bildirib. Hökümət başçısının sözlərinə görə, Gürcüstan “Bir yol, bir kəmər” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və tarixi İpək yolunun bərpası təşəbbüsünün ayrılmaz hissəsidir. M.Baxtadze qeyd edib ki, Gürcüstanın regionun çoxprofilli mərkəzinə çevrilməsi ilə bağlı iddiaları var: “Biz biznes, kapital qoyuluşu, maliyyə, innovasiyalar, turizm, ticarət və logistika mərkəzi olmalıyıq”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989