Haqqımızda Reklam
16 
May
2019
14:18
3
1
325

19 may seçkilərini 5 mindən çox müşahidəçi izləyəcək

Gürcüstanda mayın 19-da keçiriləcək aralıq və növbədənkənar seçkiləri 49 yerli və 7 beynəlxalq təşkilatın müşahidəçiləri izləyəcək. 24News.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib. O deyib ki, seçkiləri müşahidə etmək üçün 5 mindən çox müşahidəçi qeydiyyata alınıb. MSK rəsmisi seçkiləri işıqlandırmaq üçün 43 media qurumun akkreditasiyadan keçdiyini vurğulayıb. Qeyd edək ki, mayın 19-da ölkənin Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına isə mer seçiləcək. Aralıq parlament seçkilərində isə paytaxt Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçiləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989