Haqqımızda Reklam
16 
May
2019
12:42
6
0
607

Zuqdidi şəhərində Saakaşvilinin xanımına qarşı provokasiyaların artığı iddia olunur

Zuqdidi şəhərinin mer vəzifəsinə namizəd olan Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa qarşı növbəti provokasiyaya yol verildiyi iddia olunub. 24News.ge xəbər verir ki, Saakaşvilinin xanımı jurnalistlərə müshibəsində qeyd edib ki, şəhərdə seçiciləri ilə görüşü zamanı naməlum şəxslər “Mersedes” markalı avtomobili kütlənin içinə sürüblər. İnsident nəticəsində xəsarət alan olmayıb. Bundan sonra seçicilərinə müraciət edən Rulovs böyük məsuliyyət daşıdığını bildirib: “Avtomobil gəldi və böyük sürətlə kütlənin içinə daxil olmaq istədi. Burada nə qədər uşaq olduğunu görürsünüz? Əgər bu körpələrdən birinin başından bir tük əskik olsaydı, mənim hansı situasiyada olacağımı başa düşürsünüz? Bu mənim üçün böyük məsuliyyətdir”. Hadisə yerində olan insanlar isə bunun təşkilatçılarının Gürcü Arzusunun aktivistlərinin olduğunu deyiblər. Onlar partiyanın bununla qarşıdurmanı alovlandırmaq istədiyini bildiriblər. Qeyd edək ki, Rulovsa qarşı ilk insident deyil. Bir neçə gün əvvəl Zuqdididə “Odişi” televiziyasına müsahibəsi zamanı Rulovs və jurnalistlər hücuma məruz qalıblar. Hücum edənlər jurnalistlərə güc tətbiq etməklə bərabər, Rulovsu təhqir ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989