Haqqımızda Reklam
16 
May
2019
05:30
20
2
2462

Yeni salınacaq Rustavi-Qırmızı Körpü, Algeti-Sadaxlı magistralından xəbər var

Rustavi-Qırmızı Körpü, Algeti-Sadaxlı magistralının layihələndirilməsi 2019-cu il iyulun sonlarınadək tamamlanacaq. 24News.ge xəbər verir ki, Gürcüstan Avtomobil Yolları Departamentinin tikməyi planlaşdırdığı yeni magistral Rustavidən başlayacaq və Marneuli bələdiyyəsinin Kəpənəkçi kəndi ərazisində ikiyə ayrılaraq Qırmızı Körpü və Sadaxlı sərhəd keçid məntəqələrinədək gedəcək. Magistral vasitəsilə Azərbaycandan və Ermənistandan gələnlər Marneuliyə daxil olmadan Tbilisiyə gedə biləcəklər ki, bu da yolun daha tez və rahat qət olunmasına şərait yaradacaq. Hal-hazırda magistralın yekun layihəsi hazır deyil, buna görə də yolun haradan keçəcəyi dəqiq məlum deyil, lakin ola bilər ki, tikinti Kirovka kəndində bir neçə yaşayış evinin ərazisindən keçsin və buna görə də dövlət onlara kompensasiya ödəsin. Sakinlərin magistrala münasibətini öyrənmək üçün keçən il “Ekospektr” təşkilatı sosial araşdırma keçirib ki, həmin araşdırmanın nəticələrinə görə sakinlər magistralın tikintisini müsbət dəyərləndirirlər. Magistralın tikintisini Asiya İnkişaf Bankı maliyyələşdirir. Yolun tikinti işlərinin 2020-2021-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Mənbə Marneulifm

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989