Haqqımızda Reklam
16 
May
2019
05:11
1
2
410

Gürcüstan patriarxlığının təşəbbüsü ilə, mayın 17-də xalq yürüyüşü keçiriləcək

Mayın 17-də ailə müqəddəsliyinin qeyd olunması ilə bağlı, xalq yürüyüşü keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan patriarxlığından verilib. Patriarxlığın məlumatına görə, yürüyüş Respublika meydanından Sameba Kafedralına doğru keçiriləcək, həmin ərazidə Gürcüstan patriarxı İkinci İlia dua mərasimi keçirəcək. Yürüyüş saat 17:00-da başlayacaq və konsertlə başa çatacaq. “Bu dinc yürüyüş olacaq və hərhansı aqressiya və zorakılıqdan uzaq olacaq” – deyə Patriarxlığın məlumatında bildirilir. Mənbə 1TV

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989