Haqqımızda Reklam
15 
May
2019
22:34
4
2
587

Baş nazirdən sərt ismarıc: Seçki günü qanun pozan hec kim bağışlanmayacaq

Heç bir provokatora imkan verilməyəcək ki, seçki prosesinə mane olsun, qanunu pozan kimsə bağışlanmayacaq. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, bu sözləri baş nazir Mamuka Baxtadze deyib. İstər Zuqdididə istər seçkilərin keçirildiyi digər rayonlarda seçkilər yüksək standartların qorunması ilə keçiriəcək - deyə Baxtadze Qazaxstanda jurnalistlər tərəfindən verilən sualları cavablandırarkən deyib. Hökümət başçısının dediyinə görə, qanunu pozan hərkəsə müvafiq cavab veriləcək. “Seçkilərin yüksək standartlarının qorunması ilə keçirilməsi bizim əhəmiyyətli nailiyyətlərimizdən biridir. Bundan irəli gələrək, heç bir provokatora imkan verilməyəcək ki, bu prosesə mane olsun və qanun pozuntusu kimsəyə bağışlanmayacaq ” – deyə Mamuka Baxtadze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989