Haqqımızda Reklam
15 
May
2019
16:30
21
1
1545

Yenilik - Samqori-Lilo və Samqori-Rustavi yer-üstü metro layihəsi başlayır

Samqori-Lilo və Samqori-Rustavi yer-üstü metro layihəsi ilə bağlı tender yaxın günlərdə elan ediləcək. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze hökümətin iclasında deyib. Onun sözlərinə görə, müsabiqədə Avstriyalı şirkət İLF consulting engineers qalib gəlib. “Biz yeni yer-üstü metro layihəsi haqqında bəyanat vermişdik və Samqori-Rustavi istiqamətinə metronun inşaat edilə biləcəyinə dair yoxlanışlar aparmaq istədik. Tbilisi Nəqliyyat Şirkəti qeyd olunan layihə ilə bağlı müsabiqə elan etmişdi və Avstriyanın ILF consulting engineers şirkəti qalib oldu. Bu şirkət sahəsində, qeyd olunan layihənin nə dərəcədə həyata keçirilə biləcəyinə dair dəqiq bilgilərimiz olacaq. Hər iki layihənin büdcəsi təqribən 13 milyondur. Qeyd olunib ki, ILF consulting engineers şirkətinin işini başa çatdırmaq üçün 15 gün vaxtı var. Sonra isə, inşaat üzrə başqa tender elan ediləcək” – deyə paytaxt meri bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989