Haqqımızda Reklam
15 
May
2019
16:25
9
1
345

Gürcüstanın turizm gəlirləri artıb

2019-cu ilin yanvar-aprel ayları ərzində ölkənin turizmdən gəlirləri 856 milyon dollar olub. 24News.ge-nin xəbərə görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında məlumat verilib. Məlumatda bildirilir ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 66 milyon dollar və ya 8.4% çoxdur. Hesabatda qeyd olunub ki, təkcə aprel ayı ərzində Gürcüstanın turizmdən əldə etdiyi gəlir 277 milyon dollara çatıb. Bu göstərici ötən illə müqayisədə 28 milyon dollar və ya 16% çoxdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989