Haqqımızda Reklam
14 
May
2019
23:44
1
3
416

Gia Volski: Mixeil Saakaşvili özünü kasıb göstərir, lakin Florida sahilində bahalı evlər alır

Mixeil Saakaşvili emiqrantlara özünü kasıb göstərir, real olaraq isə, Florida sahilində bahalı evlər alır. 24News.ge xəbər verir ki, bu sözləri parlamentin vitse-spikeri Gia Volski deyib. “Mixeil Saakaşvili xaricdə yaşayan gürcü emiqrantlarına özünü kasıb kimi göstərir, onlar da inanırlar. Halbuki, reallıqda isə, Saakaşvili Florida sahillərində bahalı evlər alır. Aşkarlanan səs yazılarının gerçək olub-olmadığını dəqiqləşdirib-dəqiqləşdirməyəcəyimizi bilmirəm, ancaq, düşünmürəm ki, audio-yazılarda deyilən haqqında ictimaiyyətin məlumatı yox idi. Hərkəs bilir ki, sabiq prezdentin ailəsi böyük maddi resurslara sahibdir” – deyə Gia Volski bildirib. Mənbə 1TV

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989