Haqqımızda Reklam
14 
May
2019
23:15
3
2
2208

Marneulidə 55 milyon dollarlıq layihələrə start verildi (FOTO)

Marneulidə su təchizatı və kanalizasiya sisteminin dəyişdirilməsi layihəsi başlayıb. 24News.ge xəbər verir ki, həyata keçirilən işlər ilə regional inkişaf və infrastruktur naziri Maya Çkitişvili dövlət və yerliözünüidarəetmə nümayəndələri yerində tanış olublar. Regional inkişaf və infrastruktur naziri Maya Çkitişvili başladılan yeni layihələrdən danışıb: "Gördüyünüz kimi biz Marneulidə su təchizatı və kanalizasiya sisteminin dəyişdirilməsi layihəsinə start verdik. Layihənin dəyəri 55 milyon dollardır. Layihə marneuli şəhərini və onun 6 kəndinin su təchizatının yaxşılaşdırılmasını və 24 saatlıq qrafikə keçməsini nəzərdə tutur". Layihəni Birləşmiş su təchizatı şirkəti həyata keçirir. Layihə Şəhər xidmətlərinin yaxşılaşdırılması Proqramının çərçivəsində Asiya fondu tərəfindən maliyyələşdirilib. Layihənin büdcəsi 55 milyon dolları təşkil edir. Kvemo Kartli Qubernatoru Şota Rexviaşvilidə öz növbəsində start götürən layihənin önəmindən danışıb: "Mən Nazirliyin rəhbərliyinə, Asiya inkişaf bankına layihəni həyata keçirən şirkətə minnətdarlığımı bildirirəm. Bu böyük layihə başa çatdıqdan sonra marneulidə və marneuli ətrafı kəndlərdə əhali 24 saatlı qrafiklə su ilə təmin olunacaq. 55 milyon dəyərində olan layihə ilə marneulinin və Bolnisin kanalizasiya sistemləri dəyişəcək. Layihə çərçivəsində su stansiyalarının və su anbarlarının , magistral kəmərin , daxili şəbəkənin tikintisi eləcədə kanalizasiya sisteminin dəyişdirilməsi planlaşdırılır" . Millət vəkili Tamaz Naveriyanidə sözü gedən layinən çoxdan gözlənildiyini qeyd edib: "Bu böyük və önəmli layihənin həyata keçirilməsini biz illər idi ki gözləyirdik. Layihə bitdikdən sonra içməli su problemi aradan qaldırılacaq. İl yarımdan sonra içməli su 24 saatlı qrafikə keçəcək. Bundan başqa şəhərdə kanalizasiya sistemi tamamilə dəyişəcək. Biz sonunda bu layihənin başlamasına nail olduq. Hal- hazırki vaxtda şəhər əhalisinin 83 faizinə içməli suyu 5-6 saatlı qrafiklə çatdırılır.layihə sonlandırıldıqdan sonra marneuli şəhəri və bələdiyyənin Cereteli, Saimerlo, Böyük Bəylər, kiçik bəylər və qızılhacılı kəndləri 24 saatlı içməli su qrafikinə keçəcək. Qeyd edək ki, Yenilənmiş kanalizasiya sistemi infrastrukturundan marneuli , Bolnisi və Qızılhacılının 38 000 dək sakini istifadə edə biləcək. Layihənin sonlandırılması 2021 ci ilin mart ayına planlaşdırılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989