Haqqımızda Reklam
14 
May
2019
22:28
1
1
389

XİN başçısı: “Strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərin gərginləşməsinə yol verməməliyik”

“Bu gün mənim müavinim azərbaycanlı həmkarı ilə görüşüb. Bu, komissiyanın iclası deyil, həmsədrlərin ilk görüşü olub”. 24News.ge xəbər verir ki, bunu Xarici İşlər Naziri (XİN) David Zalkaliani Azərbaycanla sərhəd məsələsi ilə bağlı bu gün Bakıda keçirilmiş görüşü şərh edərkən bildirib. Onun sözlərinə görə, David Qareci (Keşikçi Dağı) Məbəd-Kompleksi ilə bağlı Gürcüstan və Azərbaycan tərəfləri daim əlaqə saxlayırlar. Nazir ictimaiyyəti bir daha məsələ ətrafında emosional çıxışlar etməməyə çağırıb: “Yaranmış vəziyyətdən digər tərəflər istifadə etməməlidirlər. Ölkəmizin əraziləri işğal altında olarkən strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərin gərginləşməsinə yol verməməliyik”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989