Haqqımızda Reklam
14 
May
2019
15:29
2
0
388

Nazir: Seçki günüsü biz Zuqdididə, Zestafonidə və Marneulidə vəziyyəti qiymətləndirəcəyik

“Biz seçki günüsü beynəlxalq tərəfdaşlarla və müşahidəçilərlə birlikdə, polisin bütün yerlərdə hansı qüvvələrin təmsil olunacağına dair qərar verəcəyik”. 24News.ge xəbər verir ki, bunu Daxili İşlər Naziri (DİN) Giorgi Qaxariya 19 may seçkiləri ilə bağlı qeyd edib. Nazirin sözlərinə görə, 19 may günüsü vəziyyət araşdırılacaq və qərar veriləcək. “Əlbəttə ki, biz Zuqdididə, Zestafonidə və Marneulidə vəziyyəti qiymətləndirəcəyik və beynəlxalq tərəfdaşlarımızla və müşahidəçilərlə birgə polisin bütün yerlərdə hansı qüvvələrə təmsil olunacağına qərar verəcəyik. Bu, tərəfdaşlarımızla əməkdaşlıqda həll edəcəyimiz bir texniki məsələdir. Əsas hissəyə gəldikdə, DİN və polis vətəndaşlarımızın dinclik şəraitində iradəsini ifadə etmək azadlığını maksimum dərəcədə təmin edəcəklər ", - deyə G.Qaxariya bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989