Haqqımızda Reklam
13 
May
2019
16:11
13
1
1861

"Socar" şirkəti tələbələrin təhsil haqqını nəvaxt ödəyəcək?

"Socar" şirkəti Gürcüstanın Dövlət Universitetlərində təhsil alan tələbələrin təhsil haqqını ödəyəcək lakin gecikmələr səbəbindən tələbələr gözləməli olacaqlar". 24News.ge xəbər verir ki, bu barədə Socarın Gürcüstan nümayəndəliyindən məlumat veriblər. Qeyd edək ki, son günlər təhsil haqqının ödənilməsində yaranan gecikmələr ali məktəblərdə təhsil alan tələbələr arasında narahatçılığa səbəb olub. Sözü gedən məsələ ilə bağlı adının çəkilməsini istəmiyən şirkət nümayyəndəsi hazırda Bakıdan əmirin verilməsini gözlədiklərini deyib: "Biz əmr gözləyirik, dəqiq bir məlumat yoxdur. Məlumat olan kimi özümüz xəbər edirik. Azərbycandakı rəhbərlikdən əmr gözləyirik. Nə vaxt məlumat olsa artıq sənədləri yığmağa başlayırıq. Gecikmə olur, birinci semestrdə də gecikmə oldu və təhsil haqının ödənməmə ehtimalı yoxdur" - deyə şirkət nümayəndəsi bildirib. Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR 2007-2008-ci tədris ilindən etibarən Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı (Gürcüstan azərbaycanlıları) tələbələrin təhsil haqlarını ödəyir. Mənbə Marneulifm

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989