Haqqımızda Reklam
28 
Sen
2020
17:35
33
7
1142

Bolnisidəki seçkiləri müharibə veteranları müşahidə edəcək

Vahid Milli Hərəkatın üzvü Dimitri Şaşkin müharibə veteranlarının Bolnisidəki seçkiləri izləyəcəklərini deyir. 24News.ge xəbər verir ki, o bu barədə jurnalistlərə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, "Gürcü Arzusu" əhaliyə qarşı terror həyata keçirir: "Namizəd Meşveliani, konstitusiyanın tələb etdiyi kimi, xalqa kömək etmək əvəzinə, dinc əhaliyə qarşı terror törədən dəstələr yaradıb. Onlar evlərə hücum edirlər, hətta dünən kafelərə hücum edib sakinləri döydülər. Bu hadisədən sonra, onlar gecə saatlarında Okriaşvilinin ofislərindən birinə də basqın ediblər. Bu hərəkətlər Gürcü Arzusunun əsil üzüdür. Dünənki hadisənin Abxaziyanın süqutu günü, 27 sentyabrda baş verdiyini söyləmək ağır bir hissdir. Bu hadisəni anım mərasimində iştirak edən qazilər bildilər və mənimlə əlaqə saxladılar. Onlar dünən hadisə yerinə gələrək öz mənəvi dəstəklərini bildirdilər və 31 oktyabrda seçkiləri müşahidə etmək və dinc seçki prosesini təmin etmək üçün, buraya, Bolnisiyə gələcəklər”,-deyə Şaşkin bildirib. Xatırladaq ki, dünən Bolnisinin Naxiduri (Arıxlı) kəndində bir qurup şəxs çayxanada müxalifət nümayəndəsinə hücum edərək ona və ətrafında olan bir neçə şəxsə fiziki zərər yetirdiyi bildirilir. Zərərçəkənlər bunu millət vəkili Qoqi Meşvelianinin etdirdiyini iddia edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989