Haqqımızda Reklam
28 
Sen
2020
16:45
96
3
4242

Mtavari TV-nin direktoru Nika Qvaramiadan Qarabağla bağlı kəskin açıqlama

Mtavari TV-nin qurucusu və direktoru Nika Qvaramia Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qiymətləndirməsini bölüşüb və Dağlıq Qarabağın Rusiya və Ermənistan tərəfindən işğal olunduğunu söyləyib. 24News.ge xəbər verir ki, Qvaramia bu barədə şəxsi Facebook səhvəsində qeyd edib. O həmçinin, BMT-də Azərbaycanın Gürcüstan leyhinə, Ermənistanın isə əleyhinə səs verməsinə nəzər yetirilməli olduğunu da qeyd edib: “Tamamilə razıyam. Bu məsələ 2 dəfə 2-nin dörd olduğu qədər doğrudur. Eyni sözləri beynəlxalq cəmiyyət və mövcud beynəlxalq hüquq da söyləyir. Qarabağ, Rusiya-Ermənistan tərəfindən işğal olundu (son nəticədə Ermənistanı ən çox incitdi və əbədi olaraq onu Rusiyaya bağladı və ən strateji müttəfiqi Azərbaycanı və onunla mədəni dünyanı kəsdi) necə ki, Osetiya və Abxaziya - Rusiya tərəfindən işğal olunub. Və işğal olunmuş ölkə vətəndaşının başqa bir şey söyləmək haqqı yoxdur. Ermənistan və Rusiya Qarabağın işğalçılarıdır - elmi də daxil olmaqla həqiqət budur. BMT-də Abxaziya və Osetiya barəsində keçirilən səsvermədə Qonşu Ermənistanın nəticələrinə baxın, sonra Azərbaycana da baxın”, - deyə Qvaramia qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989