Haqqımızda Reklam
28 
Sen
2020
16:00
136
3
2442

Ərdoğandan sərt açıqlama: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

“Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşa bilər”. 24News.ge xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, - o vurğulayıb. R.T.Ərdoğan deyib ki, bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana artıq son verilməlidir: “Artıq hesab verməyin vaxtı gəlib çatıb. Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalıb. Davam edən proseslər bölgədə nüfuz sahibi bütün ölkələrə real və ədalətli həll metodlarını işə salmaq üçün bir fürsət yaradıb”, - deyə Türkiyə prezidenti bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989