Haqqımızda Reklam
28 
Sen
2020
15:40
92
6
1498

Tbilisidə gənclərin dəstək yürüşü davam edib (FOTO)

Tbilisidə Azərbaycana dəstək məqsədilə keçirilən aksiya Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısına doğru davam edib. 24News.ge xəbər verir ki, iştirakçılar Heydər Əliyev adına parkdan Azərbaycan səfirliyinə doğru hərəkət ediblər. Yürüş iştirakçıları yol boyu Azərbaycan dövləti və əsgərlərinə dəstək şüarları səsləndiriblər. Səfirlik binası önünə çatan aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Səfirliyin I katibi Anar Rəsulov aksiyaçılarla görüşüb və onlara nümayiş etdirdikləri dəstəyə görə Azərbaycan dövləti və səfir Faiq Quliyevin adından təşəkkür edib. Diplomatın sözlərinə görə, Azərbaycan Ordusu zəfər çalmaqda davam edir: "Silahlı Qüvvələrimiz uğurlu əməliyyatlar aparırlar. Azərbaycan əsgərləri işğal altında olan bütün torpaqlarımızı azad edəcəklər", - deyə o qeyd edib. A.Rəsulov səfirin adından soydaşlarımızı ayıq-sayıq olmağa və təxribatlara uymamağa çağırıb. Aksiyaya "Vur keç səngəri, Azərbaycan əsgəri!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları ilə yekun vurulub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989