Haqqımızda Reklam
25 
Sen
2020
17:35
79
9
2862

Tbilisidə Təhsil Nazirliyi önündə tələbələr etiraz aksiyası keçirdilər - Səbəb?

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar, Gürcüstanın ali məktəblərində dərslərin uzaqdan (onlayn) təhsil qaydada keçirilməsinə tələbələr etiraz ediblər. 24News.ge xəbər verir ki, bu gün, bir qurup tələb Təhsil Nazirliyi önünə toplaşaraq, distant təhsilə qarşı olduqlarını bildirib və dərslərin universitetlərdə keçirilməsini tələb ediblər. Aksiyada iştirak edən tələbələr bildiriblər ki, tələbə adını qazanmış bir çox gənc regionlardan paytaxta gələrək, kirayə ev tutublar və tədris ilinin başlayacağını səbrsizliklə gözləyirdilər. Yeni qəbul edilən qərar isə onların bu istəklərini məhdudlaşıdırıb. Qərara etiraz edən tələbələr, Səhiyyə Nazirliyinin bütün tövsiyyələrinin əməl olunması şərti ilə dərslərin universitetlərdə keçirilməsini tələb ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989