Haqqımızda Reklam
25 
Sen
2020
17:18
39
7
1078

Burcanadzedən hakimiyyətə tənqidi sözlər: ""Gürcü Arzusu" o qədər səhv buraxdı ki, müxalifətin heçnə uydurmağa ehtiyacı qalmadı"

"Cənab nazir, sizin iqtidarınız o qədər səhv buraxdı ki, o qədər vədlərini yerinə yetirmədi ki, müxalifətin heçnə uydurmağa ehtiyacı qalmadı". 24News.ge xəbər verir ki, bu sözləri “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze, Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin sözlərini şərh edərkən deyib. Burcanadze bildirib ki, nazir ölkədə kriminalın artıdğı halda deyir, guya bu belə deyil və bunu müxalifət şişirdir: “Cənab Vaxtanq Qomelaurinin bəyanatına səslənmək istəyirəm, hansına əsasən, ölkədə kriminal artmayıb və müxalifət nümayəndələrinin bu iddiası yalandır deyirsiz?. Cənab nazir, sizin iqtidarınız o qədər səhv buraxdı ki, o qədər vədlərini yerinə yetirmədi ki, müxalifətin heçnə uydurmağa ehtiyacı qalmadı. Şər atmağa nə mənim, nə də, həm-partiyalılarımın ehtiyacı yoxdur. Hal-hazırda, insanların qorxudulması davam edir. Müxalifətin təhdid və təqib edildiyi bir sıra faktlarla bağlı istintaq aparılmayıb. Gənclərimizin cinayət faktları ilə bağlı olanları biz görürük. Saralidze və Maçalikaşvilinin, Şakaraşvili və Baçaliaşvilinin işləri bu günə qədər sonuna qədər açılmayıb. Siz isə, deyirsiniz ki, kriminal artmayıb. Yalan deyirsinizsə, bu çox pisdir, və yaxud sizin kifayət qədər ölkədə baş verənlərdən məlumatınız yoxdur”, – deyə Burcanadze bildirib. Qeyd edək ki, bu gün Daxili İşlər Naziri Vaxtanq Qomelauri müsahibəsi zamanı, ölkədə kriminalın artmadığnı deyib və bu kimi yalan məlumatları şişirdən və yayan müxalifət olduğunu bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989