Haqqımızda Reklam
25 
Sen
2020
16:30
19
47
4369

İmir kəndində bir gənc, özünü odlu silahla öldürdü

Bu gün səhər saat 9:00 radələrində Marneuli rayonunun İmir kəndində intihar hadisəsi baş verib. 24News.ge xəbər portalına kənd sakinlərinin verdiyi məlumata görə, 20 yaşlarında olan gənc öz evlərində silahla özünü öldürüb. Kənd sakinlərinin verdiyi məlumata görə, bu günədək gəncin hər hansı bir sıxıntısı ilə bağlı bir məlumat olmayıb: "Bu gün hadisə səhər saatlarında baş verib. Mərhum bir neçə gün idi öz evlərində deyildi və bu gün səhər öz dostu ilə evə gəlib. Qonşuların dediyinə görə, dostu onu evlərinə düşürüb getdikdən bir neçə dəqiqə sonra evdən silah səsi gəlib. Qonşular və yaxınları evə daxil olduqları zaman onun evdə mövcud olan ov tüfənki ilə özünü (Başından) güllə ilə vurduğunu görüblər", - deyə kənd sakini bildirib. Qeyd edək ki, hazırda mərhumun cənazəsi ekspertizaya aparılıb və hadisə yerində polis araşdırma aparır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989