Haqqımızda Reklam
25 
Sen
2020
13:50
25
8
1261

Gürcüstanda qanunsuz ovçuluq edən yüzlərlə şəxs cərimələnib

Ölkədə 304 qanunsuz ovçuluq faktı aşkarlanaraq, cərimələr tətbiq edilib. 24News.ge xəbər verir ki, bu barədə Ətraf Mühitə Nəzarət Xidməti məlumat yayıb. Məlumata əsasən nəzarət xidmətinin əməkdaşları qanunsuz ovçuluqla əlaqədar, 24 saatlıq rejimdə fəaliyyət göstərirlər və ovçuluq mövsümü başlayandan bu günədək 304 nəfər qanunsuz ovçuluq fəaliyyətinə görə cərimələnib. Xidmətdən bildirilir ki, qanunsuz ovçuluq fəaliyyətlərindən 230-u qərbi Gürcüstan regional bölgəsində qeydə alınıb. Samçxe-Cavaxeti bölgəsində qanunsuz ovçuluğa dair - 21, Acarıstan və Quriyada - 14, Sameqrelo və Zemo Svanetidə - 7, Kvemo Kartlidə -6, Kaxetidə isə 5 fakt aşkarlanıb. Paytaxt Tbilisidə isə qeydə alınan qanunsuz ovçuluq hallarının sayı 3 olub. Ətraf Mühitə Nəzarət Xidməti ovçuluqla əlaqədar qanun pozuntularının şahidi olduqları halda, vətəndaşlara Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti, 153 nömrəsinə zəng edərək bildirmələrini xahiş edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989