Haqqımızda Reklam
25 
Sen
2020
12:13
109
6
2069

Saakaşvili "VMH"-nın majoritar namizədlərindən danışdı: "Cox güclü namizədlər təqdim etdik"

"Bu qədər təqiblərdən sonra, Vahid Milli Hərəkat və birləşmiş müxalifət çox güclü majoritar namizədlər təqdim etməyi bacardı". 24News.ge xəbər verir ki, bu sözləri sabiq prezident, Mixeil Saakaşvili "VMH - Birləşmiş Müxalifət"in majoritar namizədləri barədə danışarkən deyib. "Ənənəvi liderlərdən başqa, komandaya yeni daxil olanlar da var. Onlar arasında olimpiya çempionu Manuçar Kvirkvelia, Zuqdididən olan çox yaxşı həkim - Malxaz Calağonia, bundan əlavə, super-ulduz televiziya aparıcısı Nanuka Jorjoliani də bizə qoşuldu", - deyə M.Saakaşvili bildirib. O deyib ki, bu bacarıqlı komanda mütləq uğura nail olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989