Haqqımızda Reklam
25 
Sen
2020
12:04
14
49
1223

"Yalan məlumatlarla əhalinin aldadılmasına imkan verməyəcəyik" - Kaladze

"Yalana təslim olmayacağıq, hər zaman dezinformasiyaya qarşı mübarizə aparacağıq və əhalinin aldadılmasına imkan verməyəcəyik". 24News.ge xəbər verir ki, bu sözləri Tbilisi meri, Kaxa Kaladze "Facebook" sosial şəbəkəsində etdiyi müraciətdə bildirib. "Bu yayımı izləyən hər birinizi salamlayıram. Hər gün media vasitələri ilə çox sayda yalan məlumat yayılır və demək olar ki, bu məlumatlar bütün media məkanını götürüb. Bu sadəcə Gürcüstan üçün problem deyil. Bildiyiniz kimi, bütün dünya yalan məlumatla mübarizə aparır. Gərək biz də bu mübarizəyə qoşulaq, yoxsa nə edək? Oturaq bizi necə aldatmalarına qulaqmı asaq, necə uydurulumuş reallıq yaratdıqlarınamı baxaq? Mənim cavabımı artıq bilirsiniz - Yalana təslim olmayacağıq, hər zaman dezinformasiyaya qarşı mübarizə aparacağıq və əhalinin aldadılmasına imkan verməyəcəyik. İndi məni dinləyənlərə bir daha müraciət edirəm, dezinformasiyaya susmayın, çünki yalan zülmü gizlədir", - deyə Kaxa Kaladze müraciətində bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989