Haqqımızda Reklam
16 
Sen
2020
19:34
8
40
1596

Rus hərbiçiləri yenidən Gürcüstan sərhədində təxribatla məşxuldurlar (VİDEO)

Çxinvali regionunda Rusiyanın işğalçı qüvvələri, Nikozi kəndi yaxınlığında qanunsuz olaraq sözdə “sərhəd” bərkitmə işləri görməyə başlayıblar. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, işğalçı qüvvələr yeni “sərhəd” çəkirlər. Məlumata görə, hərbçilər gün boyunca Nikozi kəndi ilə işğal altındakı Çxinvali arasında dəmir dirəklər və dəmir çəpər quraşdırmağa davam ediblər. Qanunsuz sərhəddin çəkilməsində işğalçı qüvvələrin beş hərbi qulluqçusu müşahidə edilib. Xatırladaq ki, sözügedən ərazidə işğal xəttinin yaxınlığındakı dəmir hasardan 15 metr məsafədə tikanlı məftillə yeni bir hasarın quraşdırılması artıq bir neçə gündür davam edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989