Haqqımızda Reklam
16 
Sen
2020
19:20
9
13
1809

Lari Dollar qarşısında yenidən dəyər itirib - Sabaha olan məzənnə

Ölkənin Milli Bankı sabaha olan valyuta məzənnəsini açıqlayıb. 24News.ge xəbər verir ki, sabah, 17 sentyabr tarixinə olan valyuta məzənnəsinə əsasən, milli pul vahidi Lari – Avro qarşısında dəyər qazanıb, TL, Rubl, və Dollar qarşısında yenə də dəyər itirib, AZN qarşısında isə Larinin dəyəri dəyişməz olaraq qalıb. Sözügedən məzənnələri aşağıda sizə təqdim edirik: ● 1 ABŞ dolları 3.1547 lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə Dollar qarşısında Lari 0.0001 tetri dəyər itirib. ● 1 Avronun qiyməti 3.7440 lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə Avro qarşısında Lari, 0.0081 tetri dəyər qazanıb. ● 1 Azərbaycan Manatının qiyməti 1.8570 lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə AZN qarşısında Larinin dəyəri dəyişməyib. ● 100 Rublun qiyməti 4.2189 lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə Rubl qarşısında Lari, 0.0174 tetri dəyər itirib. ● 1 Türk Lirasının qiyməti isə 0.4215 lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə TL qarşısında Lari 0.0004 tetri dəyər itirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989