Haqqımızda Reklam
16 
Sen
2020
17:06
18
8
2132

Gürcüstanda son günlər yoluxma hallarının hansı səbəbdən artmasına Qamqreildzedən açıqlama

"Gürcüstanda payızın əvvəlində koronavirus hadisələrində artım gözlənilirdi". 24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. Onun sözlərinə görə, yüksək yoluxma halının Acarıstanda başlaması təəccüblü deyil: “Yay aylarında daxili turizmin ciddi inkişafı ilə, hərəkətlilikdə ciddi artım ola biləcəyini proqnozlaşdırdıq və Acarıstan və Batumidən başlaması isə normaldır, niyə? Çünki Gürcüstan əhalisinin çox böyük bir hissəsi yay aylarında bu bölgədə, xüsusən də Batumidə cəmləşir. Təəccüblü deyil ki, epidemiya məhz burada başlayıb. İkinci səbəb, təəssüf ki, qapalı binalarda tez-tez sosial məsafəni saxlamırdıq, amma hamımız buna öyrəşdik və çox yaxşı ki, sanitariya və ya dezinfeksiya mədəniyyəti tətbiq olundu. Buna görə, xahiş edirəm və sizi çağırıram, hələ koronavirus infeksiyasına qarşı bir peyvənd və ya birbaşa təsir göstərən bir dərman yoxdur, yeganə silah sosial məsafə və maskadır". Mərkəz rəhbəri toylara da diqqət çəkib: "Pandemiya olan bu dövrdə böyük toplantılardan çəkinin. Allah Gürcüstanda bir çox toyun və bir çox uşağın dünyaya gəlməsini nəsib etsin, amma koronavirus infeksiyası mövcud olduğu üçün bu qədər toplantıdan çəkinin, xoşbəxtliyimizi nisbətən təvazökarlıqla qeyd edin. İnanın, böyük toplantılar indi Acarıstanda baş verənlərin əsas səbəblərindən biridir. Bir çox halda qruplar bu nəzarətsiz toplantılarla əlaqəli idi”, - deyə Amiran Qamkrelidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989