Haqqımızda Reklam
16 
Sen
2020
15:29
26
2
873

"Müxalifətin birləşməsi nəticəsində koalisiya ilə hakimiyyət mütləq dəyişəcək" - Qoçiridze

"Sorğular göstərir ki, müxalifətin birləşməsi nəticəsində yaranacaq koalisiya ilə ölkədə hakimiyyət dəyişəcək". 24News.ge xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının fraksiya sədri, Roman Qoçiridze deyib. Onun sözlərinə görə, seçki öncəsi həyata keçirilən sorğular göstərir ki, əhali hakimiyyəti dəyişmək istəyir: "Edisson Research təşkilatı tərəfindən aparılan sorğu bir daha göstərir ki, xalq hakimiyyəti dəyişmək istəyir. Bunu biz ayrıca konkret majoritar dairələrdə də görə bilərik. Misal üçün, Tbilisinin Qldani majoritar dairəsində Nika Melia, Gürcü Arzusunun nümayəndəsini açıq şəkildə üstələyir. Soğru onu göstərir ki, ölkədə hakimiyyət, müxalifətin birləşməsi nəticəsində yaranacaq koalisiya ilə dəyişəcək"-deyə Qoçiridze bildirib. Bundan əlavə, fraksiya sədri partiyasının reytinqindən də danışıb: "İstənilən sorğuda Vahid Milli Hərəkat əsas müxalifət partiyasıdır. Bu iki vuraq iki, dörd kimi aydındır. Ancaq biz diqqəti Vahid Milli Hərəkat üzərində cəmləmirik. Bu hakimiyyəti birləşmiş müxalifət dəyişəcək",- deyə Qoçiridze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989