Haqqımızda Reklam
16 
Sen
2020
14:41
9
9
946

Tbilisidə Raqbi Birliyinin ofisində silahlı atışma baş verib

Gürcüstanın Raqbi Birliyinin ofisində silahlı insident zamanı atəş nəticəsində 1 nəfər yaralanıb. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Raqbi Birliyinin prezident vəzifəsini icra edən Tornike Gogebaşvili Birinci Kanala açıqlayıb. Onun sözlərinə görə, açılan atəş zamanı, təşəbbüs qrupunun üzvlərindən biri ayağından yaralanıb. Yaralanan şəxs təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Tornike Gogebaşvilinin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları Raqbi Birliyində araşdırma aparır və işçilər dindirilir. İddiaya görə, raqbisti yaralayan Raqbi Birliyinin vitse-prezidenti Merab Beselia olub. Faktla bağlı Daxili İşlər Nazirliyi, qanunsuz silah-sursatın saxlanılması və qəstən sağlamlığa zərər vurma ittihamı ilə, Gürcüstan Cinayət Məcəlləsinin 118-ci və 236-cı bəndinə əsasən istintaqa başlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989