Haqqımızda Reklam
16 
Sen
2020
13:03
6
11
1557

Son günlər larinin dəyərdən düşməsinə nazir münasibət bildirdi

“Larinin məzənnəsi orta dərəcədə dəyişir və mənfi tendensiyanın dərinləşməsinin heç bir makroiqtisadi əlaməti yoxdur”. 24News.ge xəbər verir ki, bu sözləri İqtisadiyyat Naziri Natia Turnava son günlər Larinin dəyərinin kəskin şəkildə düşməsi barədə fikir bildirərkən deyib. Onun sözlərinə görə, baxmayaraq ki, virusa yoluxma tempi yüksəlir, hökumət əlavə məhdudiyyətləri tətbiq etməyəcək və bu da iqtisadiyyata problem yaratmayacaq: “Gürcüstan qlobal iqtisadiyyatın bir hissəsidir və indi bütün dünya iqtisadi böhrandadır. Əlbətdə ki, bu da bizim üçün böyük bir problemdir. Larinin ucuzlaşma dinamikasına nəzər yetirsək və son zamanlarda turizmin və xarici ticarətin məhdudlaşdırılmasının mövcud olduğuna diqqət yetirsək, onda Larinin ucuzlaşma dinamikasının çox da böyük olmadığını görə bilərik. Larinin enmə dinamikası orta dərəcədədir, bölgədəki digər ölkələrlə müqayisə etsək, faiz dəyişkənliyi də azdır. Düşünürəm ki, Larinin məzənnəsindəki mənfi tendensiyanın dərinləşməsinə dair makroiqtisadi bir işarə yoxdur. Mənfi gözləntilər əlbətdə ki, Larinin məzənnəsinə mənfi təsir göstərir və yoluxmuş insanların sayının artması ilə yanaşı hökumətin ümumdünya məhdudiyyətlər tətbiq edəcəyi ilə bağlı gözləntilər də ola bilər, amma açıq şəkildə deyirik ki, bu olmayacaq və iqtisadiyyat işləyəcək, bu da bu gözləntiləri neytrallaşdıracaq. İnflyasiya səviyyəsi ümid vericidir, gözləntilərimiz müsbətdir”,-deyə Turnava bildirib. Xatırladaq ki, milli pul vahidi Lari, son günlərdə kəskin dərəcədə ucuzlaşıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989