Haqqımızda Reklam
09 
May
2019
23:08
7
0
885

Günün Qəhramanı - Ziyatxan Kiryakov (FOTO)

Məlum olduğu kimi bu gün 9 may alman faşizmi üzərində qələbənin 74-cü ildönümüdür. Bu qələbədə Gürcüstanda yaşayan Azərbaycanlılarda misilsiz xidmətlər göstərib. 24News.ge xəbər portalı misilsiz xidmətləri olan Böyük vətən müharibə veteranı Ziyatxan Kiryakovu siz oxuculara təqdim edir. Böyük vətən müharibə veteranı Ziyatxan Süleyman oğlu Kiryakov 1926- ci il may ayının 15-də Marneuli şəhərinin Gorarxı kəndində dünyaya göz açıb. Orta təhsili Tbilisidə alıb. 1942-ci ildə könüllü olaraq ordu sıralarına daxil olub və müharibədən sonra 1945- ci ildə ordudan təxris edilib. Hazırda əmək və müharibə veteranıdır. Xidmətlərinə görə birinci dərəcəli Vətən müharibəsi Ordenilə və onlarla hökümət medalları ilə təltif edilib. Dörd uşaq atasıdır. Gürcü, rus və erməni dillərini mükkəməl bilir. İş fəaliyyətinə isə 1946- ci ildən Tbilisi şəhəri, Tədarük üzrə Nazirin katibi vəzifəsindən başlayıb. 1947-ci ildə Mərkəzi Komsomol Komitəsinin inspektoru, 1949- cu ildə Tbilisi şəhərinin Kirov rayonundakı evlər müdiri, 1950-52-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Çimlyanevski düşərgə şöbəsinin baş müfəttişi və Rostov vilayətində baş “Hidrovolqa”ev tikintisi üzrə idarədə işləyib. 1953-cu ildə Gürcüstanın Tianeti rayonunun Arteleriyanın İdarə Heyətinin sədri, 1954- ci ildə Stalin adına Rustavi Metallurgiya zavodunun Domna sexində rəis müavini, 1955-ci ildə Algeti Kant İstehlak Cəmiyyətinin sədr müavini, 1965-ci ildə Marneuli şəhərinin İctimai qida-sənaye idarəsində direktor müavini və eyni zamanda yeməkxana və restoran istehsalının direktoru, 1960-75‑ ci illərdə Marneuli şəhəri Birləşmiş ictimai işlər idarəsində direktor müavini, 1975-82-ci illərdə Marneuli neft bazasının baş operatoru, 1982-95-ci illərdə Marneuli istehlak cəmiyyətində müxtəlif mağazaların direktoru işləyib. 1995-ci ildən bu günə qədər Marneuli şəhərinin Mərkəzi bazarının direktorunun birinci müavini vəzifəsində çalışır. 2003-cü ildə iyul ayının 8-də Marneuli şəhərində Təqaüdçülərin hüquqlarının müdafiəsi Asosiassiyası yaradır. Asossiasiya mütəmadi olaraq təqaüdçülərin problemləri ilə maraqlanır və onların həllinə kömək edir. Dövlət qarşısında göstərdiyi xidmətlərə görə 2003-cü ildə eks-prezident Eduard Şevardnadzenin 668-cı qərarına əsasən Marneuli şəhərində müharibə veteranları hərəkatının inkişafında, Gürcü və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində və veteranların sosial vəziyyətinin yaxşılaşdırılmasında göstərdiyi öz şəxsi yardımına, səmərəli əməyi və ictimai işgüzarlığına görə, Marneuli şəhərinin Veteranların hüquqlarının müdafiəsi komitəsi və Gürcüstan Azərbaycanlıları Birliyinin Qocalar şurasının rəhbəri, müharibə və əmək veteranına işgüzarlığına görə Ləyaqət ordenilə mükafatlandırılıb. 2010-cu ilin mayın 9-da Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən Faşizm üzərində qələbənin 65 illik yubileyi ilə keçirilən tədbirdə orden ilə təltif edilib. Ziyatxan Kryakov mənalı ömrünü və həyatinin bütün şüurlu hissəsini xalqlar arasında dostluq yaratmaq və ədalət uğrunda mübarizə aparmaq və rayondan kənarda yaşayan gürcülər və başqa millətlər arasında dostluğa və qardaşlığa həsr edib. 93 yaşlı Ziyatxan Kryakov hazırda 7 nəvə 9 nəticə babasıdır. Hər il olduğu kimi bu ildə rayon rəhbərliyi onun yaşadığı evə gedərək ziyarət edib. Xoş söhbətlər edilib veterana rayon rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989