Haqqımızda Reklam
16 
Sen
2020
12:01
57
8
1162

Müxalifət lideri hökuməti xaricdən gələn yardımları məniməsəmkdə ittiham etdi

"Beynəlxalq donorlardan və ya maliyyə təşkilatlarından 5 milyard yardım alındı, niyə kasıblara heç 5 qəpik də ayrılmadı?” 24News.ge xəbər verir ki, bu sözləri “Quruculuq Strategiyası”nın liderlərindən olan Giorgi Vaşadze deyib. Onun sözlərinə görə, ölkə sosial-iqtisadi cəhəttən çox ağır vəziyyətdədir, insanlar artıq bank kreditlərini və faizləri necə ödəyəcəklərini bilmirlər və bütün bunlara baxmayaraq hökumət xaricdən alınan yardımlardan insanlara kömək etmir: "Ölkə sosial-iqtisadi cəhəttən çox ağır vəziyyətdədir, insanlar artıq bank kreditlərini və faizləri necə ödəyəcəklərini bilmirlər. Larinin məzənnəsi hər gün zəyifləyir, nəticədə bütün banklar faiz dərəcələrini artırır və mikromaliyyə və ya bank qurumları tərəfindən əmlaklar kütləvi şəkildə insanların əlindən alınır. Belə olan halda insanlar küçədə qalarsa nə edə biləcəksiniz? Beynəlxalq donorlardan və ya maliyyə təşkilatlarından 5 milyard yardım alındı, niyə kasıblara heç 5 qəpik də ayrılmadı? Sizin bu zərərli hərəkətləriniz nə qədər davam etməlidir? Cənab Qaxaria mediada görünmürsünüz, yığılmış bu suallara cavab da vermirsiniz ... bu belə olmaz. Baş nazir olmaq, ölkəyə rəhbərlik etmək, insanlara qayğı göstərmək və ehtiyacı olan insanlara kömək etmək deməkdir”,-deyə Vaşadze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989