Haqqımızda Reklam
03 
May
2019
09:47
11
2
787

Marneulidə siyasi ictimai xadim Ayvaz Həsənovun 90 illik yubleyi qeyd olunub (Video Müsahibələr)

2 may tarixində Gürcüstanın siyasi ictimai və dövlət xadimi, Gürcüstan SSR Ali Sovetinin deputatı, Gürcüstanın Kənd Təsərrüfatı nazirinin müavini və s vəzifələrində çalışmış Ayvaz Dursun oğlu Həsənovun 90 illik yubleyi keçirilib. 24News.ge xəbər verir ki, İlk öncə Ayvaz Dursun oğlu Həsənovun Marneulidə yerləşən evinə toplaşan ictimayyət nümayəndələri daha sonra, Marneuli rayon Alget kəndində İctimai siyasi xadimin büstü önünə gül dəstələri düzüb xatirəsini yad ediblər. Tədbirdə çıxış edən qonaqlar İctimai siyasi xadimin vətəninə millətinə gördüyü əvəzsiz xidmətlərindən danışıb, bu cür şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması üçün çox işlərin görülməsinin vacibliyi vurğulanıb. Mərasimdə Dövlət və hökümət nümayəndələri, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri və digər səfirliyin əməkdaşları, ictimai siyasi xadimlər, Mədəniyyət işçiləri, Kənd sakinləri və s şəxslər iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989