Haqqımızda Reklam
15 
Avq
2020
12:09
16
10
1070

"Qırmızı Körpü"-də külli miqdarda siqaret saxlanıldı

Azərbaycan gömrükçüləri iki fakt üzrə külli miqdarda siqaretin Azərbaycan ərazisinə, gömrük nəzarətindən gizli yolla keçirilməsi cəhdinin qarşısını alıblar. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi açıqlama verib. Gürcüstan istiqamətindən Azərbaycana daxil olan "MAN" və "VOLVO" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 20 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989