Haqqımızda Reklam
15 
Avq
2020
11:24
16
5
1391

Koronavirusun qida və dondurulmuş məhsullardan keçməsi ilə bağlı Nazir müavini açıqlama verdi

"Koronavirus insana qida və dondurulmuş məhsullardan keçmir". 24News.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini, Tamar Qabunia açıqlama verib. O deyib ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqlaması var: "Virusun keçid yolları ilə əlaqəli olan hər şey bizim diqqətimizdədir. Ümumdünya Səhiyyə Təşkilatının bizə verdiyi tövsiyyələrə əsaslanaraq qeyd edə bilərik ki, dondurulmuş qida məhsulları və ya digərləri ilə infeksiyanın keçmə ehtimalı mövcud deyil. Əgər bildiyimiz bu müddia dəyişərsə, əlbəttə ki, müvafiq qərarlar alacağıq", - deyə nazir müavini bildirib. Qeyd edək ki, Çin Xalq Respublikasının Sencen vilayətinin yerli hökuməti, Braziliyadan idxal edilən dondurulmuş toyuq məhsulunda koronavirus olduğu barədə açıqlama veriblər. Bundan sonra isə bununla bağlı insanlar arasında təşviş yaranıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989