Haqqımızda Reklam
15 
Avq
2020
10:31
56
14
7782

Bu gündən etibarən uşaqlara veriləcək 200 larilik yardımla əlaqədar qeydiyyat bu ünvanda başlayır

Bu gündən etibarən 0-17 yaş arası uşaqlar 200 lari yardım almaq üçün, onların valideynləri xüsusi saytda qeydiyyatdan keçməlidirlər. 24News.ge xəbər verir ki, bu barədə Əmək, Sağlamlıq və Sosial Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən elektron portal 24 saat ərzində işləyəcək. Qeydiyyat prosesi dekabrın 1-dək davam edəcək, lakin indi qeydiyyat olan şəxslərin ödənişi, 15 sentyabr tarixinədək köçürüləcək. Qeydiyyat Səhiyyə Nazirliyinin rəsmi saytında bu ünvanda aparılacaq: http://daxmareba.moh.gov.ge/ Elektron portalda aşağıdakı məlumatlar yerləşdirilməlidir: -Uşağın adı, soyadı, doğum tarixi, şəxsi nömrəsi; -Valideyinin/ yəni qanuni nümayəndəsinin adı, soyadı və şəxsi nömrəsi eyni zamanda bank hesabının məlumatları (bank hesab nömrəsi); Əgər Nazirliyin Xidmət Agentliyi tərəfindən uşaq və valideyin arasında əlaqə təsdiq edilmədiyi təqdirdə, valideyin elektron portalda uşağın doğum şəhadətnaməsini yükləməlidir. Əlavə məlumat almaq üçün 1505 “qaynar xətt”inə zəng vura bilərsiz. Qeyd edək ki, saytda qeydiyyatdan keçə bilməyən vətəndaşlar Ədliyyə evlərinə, Sosial Xidmət Agentliyinə, rayon meriyasına və “Liberty Bank”ın filiallarına müraciət edə bilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989