Haqqımızda Reklam
14 
Avq
2020
22:06
9
8
1687

Batumidə özünü 4-cü mərtəbədən atan gənclə bağlı xəbər var...

Batumidə özünü 4-cü mərtəbədən atan gəncin vəziyyəti orta ağırdır. 24News.ge xəbər verir ki, bu barədə Batumi Beynəlxalq Xəstəxanasından məlumat verilib. Məlumata əsasən, 4-cü mərtəbədən özünü atan şəxs xəstəxanaya səhər saat 4-də hüşsuz vəziyyətdə gətirilib: "Karantin otelindən özünü atan şəxs, nəzarət olunan süni nəfəslə reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağırdır, çox sınığı var, o huşunu itirmiş vəziyyətdə səhər saat 04:00 radələrində xəstəxanaya gətirilib", - deyə klinikadan bildirilib. Xatırladaq ki, 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşı F.C. avqustun 13-də Sarp sərhəd-buraxılış məntəqəsindən Gürcüstana daxil olub. O, sonra məcburi karantin üçün Batumidəki karantin otellərindən birinə yerləşdirilib. Avqustun 14-də isə naməlum səbəblərə görə F.C. qəfildən otelin 4-cü mərtəbəsindən özünü atıb. İddialara görə, sözügedən şəxs karantin vəziyyətindən qaçmaq məqsədi ilə oteldən yerə düşməyə cəhd edib, nəticədə isə o, 4-cü mərtəbədən yıxılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989