Haqqımızda Reklam
14 
Avq
2020
15:04
31
4
1800

Mərkəz rəhbəri ölkədəki son epidemioloji vəziyyəti açıqladı...

"Ölkədəki epidemik vəziyyət idarə olunur və çaxnaşma üçün heç bir səbəb yoxdur". 24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze deyib. Mərkəz rəhbəri bildirib ki, hazırda ölkə üzrə ən çox virusun qeydə alındığı Svaneti və Kazbegi regionlarında, ümumilikdə vəziyyət idarə olunur və nəzarət altındadır: "Hazırda ölkədə epik vəziyyət normaldır, tədris prosesi də artıq işə düşür. Gəzən söz-söhbətlərə aydınlıq gətirərək demək istəyirəm ki, hazırda heç bir şəhərin və ya rayonun bağlanması müzakirə mövzusu deyil. Bildiyiniz kimi, həyatın normal ritminə qayıtdıq və hər birimiz bunu arzulayırdıq, lakin bilməliyik ki, koronavirus bitməyib və ya aramızdan getməyib. Biz ümumiyyətlə virusla yaşamağa alışmalıyıq. Böyük məclislərdən çəkinməliyik, böyük toylardan və digər bu kimi şeylərdən çəkinməliyik, bu bizim hazırki mərhələdə normal həyat tərzinə qayıtmağımız üçün ən önəmli məslələrdən biridir", -deyə Qamkrelidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989