Haqqımızda Reklam
14 
Avq
2020
12:33
46
12
2948

Şagirdlərin məktəblərdə maska taxması məcburi olmayacaq, lakin müəllimlər...

"Şagirdlərin məktəblərdə maska taxması tələb olunmayacaq". 24News.ge xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin yeni dərs ili üçün hazırladığı tövsiyələrdə qeyd olunub. Tövsiyələrə görə, məktəb binasına girmək istəyən hər kəs dezinfeksiya, termoskrinq edildikdən sonra daxil ola bilər. Nazirlik qeyd edib ki, məktəblərdə ümumi istifadə edilən ərazilərdə (dəhliz, müəllimlər otağı və.s) şagirdlərdən başqa hər kəs maskadan istifadə etməlidirlər. Təhsil nazirliyi hərarəti olan uşaqlar üçün də, qərar qəbul edib, beləki qərara əsasən hərarəti və digər simptomlar daşıyan şagirdlər üçün, məktəblərdə özünü təcrid otaqları yaradılmalıdır. Qeyd edək ki, Təhsil və Səhiyyə nazirliklərinin ümumi tövsiyələri əsasında Gürcüstan dövlət məktəblərində təhsil sentyabrın 15-də başlayacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989