Haqqımızda Reklam
14 
Avq
2020
11:53
44
11
4147

Təhsil nazirliyi orta məktəblərdə yeni tədris ilinin başlaması ilə bağlı açıqlama yaydı

15 sentyabrdan etibarən, Gürcüstan miqyasında 2 084 orta məktəbdə yeni tədris ilinə start veriləcək. 24News.ge xəbər verir ki, Təhsil Nazirliyi məktəblərdə diqqət olunması vacib olan tövsiyyələr barəsində məlumat dərc edib. Nazirliyin hazırladığı qaydalar bunlardır: - Şagirdlər arasında 1 metrlik məsafəni qorumaq: - Şagirdlərdən başqa, məktəb binasına daxil olan bütün şəxslər maska taxmalıdırlar: - Məktəb binasına daxil olan zaman termoskrinq və əlləri dezinfeksiya edərək daxil olmaq: - İki növbəli məktəblərdə növbə dəyişikliyi zamanı yarım saatlıq fasilə və ortaq istifadə edilən sinif otaqlarının, sanitar qovşağının dezinfeksiyası: - Hərarəti olan və digər simptomlar daşıyan şagirdlər üçün, özünü təcrid otaqları yaratmaq: - Fasilə zamanı otaqların havalandırılması: - Məktəblərdə ümumi istifadə edilən ərazilərdə (dəhliz, müəllimlər otağı və.s) şagirdlərdən başqa hər kəs maskadan istifadə etməlidirlər: Nazirliyin məlumatına görə, məktəblərə sahib olduqları şagird sayına və təchizata görə, dərs saatının müddətini təyin etmək imkanı veriləcək: "Dərs saatı minimum 30 dəqiqə olmalıdır. Bundan əlavə, məktəb dərslərin başlama saatını da müstəqil müəyyənləşdirilə bilər (08:30, 08:45, 09:00). Ehtiyyac duyulduğu təqdirdə, bir növbəli məktəblər bir neçə növbəli məktəb kimi fəaliyyət göstərə bilərlər. Məktəbin imkanlarından qaynaqlı olaraq, şənbə günü dərs günü olaraq istifadə edilə bilər. Nazirlik tərəfindən ibtidai siniflər üçün (I,II, III-IV) dərslərin məktəblərdə keçirilməsi vacib elan edilib. Məktəbin ehtiyaclarından qaynaqlı olaraq, V-VI siniflər üçün həftədə maksimum 1 gün, VII-XI siniflər üçün 2 gün, XII siniflər üçün isə maksimum 3 gün distant (uzaqdan) qaydada dərslər keçirilə bilər. Ancaq, bu zaman Təhsil Nazirliyi ilə əvvəlcədən razılıq əldə etmək şərtdir", - deyə nazirliyin açıqlamasında bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989