Haqqımızda Reklam
14 
Avq
2020
11:22
11
12
1553

Gürcüstan polisi külli miqdarda narkotik vasitə ələ keçirdi - Saxlanılan var (VİDEO)

Daxili İşlər Nazirliyinin İmereti, Laca-Leçxumi və Kvemo-Svaneti polis departamentinin əməkdaşları xüsusi əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə ələ keçiriblər. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Məlumatda bildirilir ki, axtarış tədbirləri nəticəsində 1967-ci il təvəllüdlü, R.C külli miqdarda narkotik vasitələrin ələ keçirilməsi və saxlanılması təqsiri ilə saxlanılıb. "Hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi Tbilisi-Leselidze magistralının Xaraqauli Bələdiyyəsinin Xunevi kəndi yaxınlığında avtomobillə hərəkət edən zaman saxlayıblar. Polis dəlil olaraq onun avtomobilindən 48 bağlama heroin götürüb", - deyə açıqlamada bildirilir. Nazirliyin məlumatına əsasən, saxlanılan şəxsi 20 ilədək və ya müddətsiz azadlıqdan məhrum etmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989