Haqqımızda Reklam
14 
Avq
2020
11:05
33
6
1730

Polis Erməsnitandan Gürcüstana qanunsuz şəkildə keçmək istəyən dəstəni saxladı (VİDEO)

Gürcüstanın Daxili İşlər Nazirliyinin sərhəd polis departamentinin əməkdaşları, Gürcüstana keçmək istəyən 4 nəfər xarici ölkə vətəndaşını saxlayıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, sözügedən şəxslər sərhəd keçid məntəqəsi ərazisindən gizli yolla Gürcüstana keçməyə cəhd ediblər: "Axtarış nəticəsində məlum olub ki, təqsirləndirilən şəxslər, sərhəd keçid məntəqəsi ərazisindən gizli yolla keçərək, qrup halında Gürcüstan sərhəddini pozmağa cəhd göstəriblər. Faktla bağlı Gürcüstan dövlət sərhədinin qanunsuz yolla qrup halında pozmaq ittihamı ilə, Gürcüstan cinayət məcəlləsinin 344-cü maddəsinin 2-ci bəndinin (a) alt bəndi əsasında istintaq başladılıb", - deyə nazirliyin açıqlamasında bildirilir. Saxlanılan şəxsləri 4-ildən 5-ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989