Haqqımızda Reklam
14 
Avq
2020
10:58
4
11
386

Belarusda seçkisonrası saxlanılan jurnalistlərin sayı bəlli oldu

Belarusda keçirilən prezident seçkilərindən sonra avqustunda 9-dan 12-dək 64 mətbuat nümayəndəsi güc strukturları tərəfindən saxlanılıb. 24News.ge xəbər verir ki, bunu Belarus Jurnalistlər Assosiasiyası açıqlayıb. Bildirilib ki, avqustun 9-da 24, 10-da 20, 11-də 12, 12-də isə 8 jurnalist saxlanılıb. Saxlanılan jurnalistlər arasında rusiyalı və ukraynalılar daxil olmaqla, bir sıra xarici jurnalistlər də olub. Qeyd olunub ki, bəzi KİV nümayəndələri artıq sərbəst buraxılıb və ölkədən deportasiya edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989