Haqqımızda Reklam
14 
Avq
2020
10:16
9
3
249

ABŞ İranın yanacaq tədarük edən dörd tankerini müsadirə edib

ABŞ hakimiyyəti İrandan Venesuelaya yanacaq tədarük edən dörd tankerin yüklərini müsadirə edib. 24News.ge xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Söhbət “Bella”, “Bering”, “Pandi” və “Luna” tankerlərindən gedir. Bundan əvvəl də həmin tankerlər İrandan Venesuelaya səyahət edib. İyulun əvvəlində Kolumbiya məhkəməsi prokurorluğun həmin tankelərə həbs qoyulması ilə bağlı iddiasını təmin edib. Qəzetin yazdığına görə, tankerlər indi Amerikanın Hyuston şəhərinə (Texas ştatı - Red) doğru üzürlər. Nəşr qeyd edir ki, gəmilər hərbi güc tətbiq edilmədən nəzarət altına alınıb. Materialda vurğulandığı kimi, bu ilk belə haldır.

www.24news.ge