Haqqımızda Reklam
14 
Avq
2020
09:42
3
4
420

Lukaşenko xalq qarşısına nə vaxt çıxacaq?

Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa təcili müraciətlə çıxış edəcək. 24News.ge xəbər verir ki, bu barədə dövlət başçısının katibi Natalya Eysmont məlumat yayıb. “Lukaşenko Belarus xalqına yaxın vaxtlarda təcili müraciət çıxışına hazırlaşır”, - deyə o bildirib. Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bundan sonra isə ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insan saxlanılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989