Haqqımızda Reklam
13 
Avq
2020
17:20
31
9
3572

Azərbaycan Gürcüstandakı səfiri, Dursun Həsənovu geri çağıracaq?

Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid etdi və nazir Elmar Məmmədyarovu vəzifəsindən azad etdi. Bundan əvvəl Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirib və idarənin bir sıra yüksək vəzifəli şəxslərini həbs edib. 24News.ge adekvat.az saytına istinadən xəbər verir ki, yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramovu video formatında qəbul edən Prezident İlham Əliyev nazirliyin fəaliyyətindəki ciddi nöqsanlara diqqət çəkib və mövcud problemlərin ən qısa müddətdə həll olunmasını tapşırıb. Xarici İşlər Naziri Ceyhun Bayramov qeyd edib ki, bu nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görüləcək. Məlumata əsasən Azərbaycanın bir neçə ölkədəki səfirlərinin geri çağırılacağı gözlənilir. Bildirilib ki, səfirlərin geri çağırılmasına səbəb onların fəaliyyətlərində ciddi nöqsanların aşkarlanmasıdır. Saytın dərc etdiyi siyahıda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun adı da yer alıb. Digər ölkələrdən geri çağırlacaq səfirlərin siyahısını sizə təqdim edirik: Elxan Poluxov - Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elman Abdullayev - Azərbaycanın Efiopiya Federal Demokratik Respublikasındakı səfiri Dursun Həsənov - Azərbaycanın Gürcüstan Respublikasındakı səfiri Qudsi Osmanov - Azərbaycanın Moldova Respublikasındakı səfiri Lətif Qəndilov - Azərbaycanın Belarus Respublikasındakı səfiri Nərgiz Qurbanova - Azərbaycanın Bolqarıstandakı səfiri Bünyad Hüseynov - Azərbaycanın İran İslam Respublikasındakı səfiri Rəhman Mustafayev - Azərbaycanın Fransa Respublikasındakı səfiri Hidayət Orucov - Azərbaycanın Qırğızıstandakı səfiri Mahir Əliyev - Azərbaycanın BƏƏ-dəki səfiri Murad Nəcəfbəyli - Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov - Azərbaycanın İspaniya Krallığındakı səfiri

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989